Xəbər Lenti
9-04-2026, 12:29
Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər
8-04-2026, 13:15
Qərbi Azərbaycan Amasiya rayon İcmasında Özbəkistan və Tacikistandan gələn şairlər, yazıçılarla görüş keçirildi.
8-04-2026, 11:42
Xırdalanda 1 saylı orta məktəbdə nə baş verir? — Məktəb direktoru pul yığımına başlayıb
04 Ağu 09:10Manşet / Mədəniyyət
“Bizim nəsildən olan sonuncu yaxın dostumu itirdim...”

“Mənim üçün çox böyük itki, çox böyük ağrıdır”.
“Qafqazinfo” lent.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin sədri Anar ötən gün vəfat edən Xalq yazıçısı Elçin Əfəndiyevdən danışarkən bildirib.
“Elçinin ölüm xəbərini almışam. İndiyə qədər özümə gələ bilməmişəm. Bir yazı da yazmışam, “Ədəbiyyat qəzeti”ndə çıxacaq. Böyük nasiri, dramaturqu, tənqidçini, ictimai xadimi, qayğıkeş ailə başçısını itirdik. Mən isə bizim nəsildən olan sonuncu yaxın dostumu itirdim...”, - deyə Xalq yazıçısı söyləyib.
Xatırladaq ki, Xalq yazıçısı Elçin Əfəndiyev ötən gün 82 yaşında dünyasını dəyişib.























































