Xəbər Lenti
10-04-2026, 10:24
Ağcabədidə Qarabağ və Şərqi Zəngəzur regionundan olan gənclər üçün “Könlüm Qarabağda, Könlüm Zəngəzurda” düşərgəsi başlayıb.
9-04-2026, 12:29
Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər
8-04-2026, 13:15
Qərbi Azərbaycan Amasiya rayon İcmasında Özbəkistan və Tacikistandan gələn şairlər, yazıçılarla görüş keçirildi.
14 Ağu 09:47Manşet / Mədəniyyət
Küçədə ölən şairlə bağlı - Açıqlama

Xəbər verdiyimiz kimi, ötən gün şair Kəramət Şükürovun küçədə meyiti tapılıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən “Qafqazinfo”ya verilən məlumata görə, avqustun 13-ü saat 19:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu ərazisindən çağırış daxil olub.
Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana yönləndirilib.
Təcili tibbi yardım briqadası tərəfindən 1957-ci il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, Kəramət Rza oğlu Şükürov 1957-ci ildə Masallının Göyçöl kəndində anadan olub. Azərbaycan Yazıçılar Birliyinin Natəvan adına klubunun direktoru olub.























































