Yaşıl enerjiyə keçid və güclənən enerji təhlükəsizliyi: Azərbaycanın regional və qlobal missiyası
“Milli Konstitusiya və suveren Azərbaycan: Heydər Əliyevin yeni nəsil üçün əbədi mirası” kulturoloji layihəyə start verildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci ili “KONSTİTUSİYA və SUVERENLİK İLİ” elan etdi
Yeni partiya yaratmaq planlarını təxirə saldı

Amerikalı biznesmen İlon Mask ABŞ-də yeni siyasi partiya yaratmaq barədə planlarını təxirə salıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti yazıb.
Bildirilib ki, buna səbəb Maskın diqqətini sahib olduğu şirkətlərin inkişafına yönəltməkdir.
Eyni zamanda, səbəblərdən biri kimi biznesmenin ölkədə üçüncü partiya yaradaraq Respublikaçılar Partiyasının nüfuzlu nümayəndələrinin dəstəyini itirmək istəməməsi göstərilib.
Qəzet yazır ki, Mask son zamanlar ABŞ-nin vitse-prezidenti Ceyms Di Venslə ünsiyyət yaradır və o, bir dəfə biznes tərəfdaşlarına bildirib ki, yeni partiya səbəbindən Venslə münasibətləri korlamaq istəməzdi.
Bununla belə, biznesmenin yeni partiya yaratmaq təşəbbüsündən tam olaraq imtina etmədiyi vurğulanıb.
Xatırladaq ki, iyulun əvvəlində İlon Mask “Amerika” adlı yeni partiyanın yaradılacağını elan etmişdi.























































