Menu
Xəbər Lenti
Evində yıxılıb öldü
19-08-2025, 11:26

Evində yıxılıb öldü

Zelenski Vaşinqtondadır
18-08-2025, 09:39

Zelenski Vaşinqtondadır

22 Ağu 09:48Manşet / Dünya

ABŞ-də 55 milyondan çox əcnəbinin vizası yoxlanılacaq

abs-de-55-milyondan-cox-ecnebinin-vizasi-yoxlanilacaq

ABŞ Dövlət Departamenti hazırda qüvvədə olan ABŞ vizasına sahib 55 milyondan çox əcnəbinin məlumatlarını yoxlayacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı departamentə istinadən “Assosiated Press” yayıb. 

Bildirilib ki, yoxlanışların keçirilməsində məqsəd qanun pozuntularını aşkar etməkdir. Qanun pozuntusu aşkar edilərsə, viza sahibləri ölkədən çıxarıla bilər. 

Dövlət Departamentinin məlumatına görə, viza sahibləri cinayətkar fəaliyyət, ictimai təhlükəsizliyə təhdid və terror fəaliyyətində iştirak kimi cəhətlərin müəyyən edilməsi üçün daimi yoxlanışdan keçirlər. 

Bu cür əlamətlər aşkar edilərsə, viza ləğv ediləcək, onun sahibi isə ABŞ ərazisində olarsa ölkədən deportasiya ediləcək. 

Qurum vurğulayıb ki, yoxlanışlar üçün hüquq-mühafizə orqanlarının və immiqrasiya xidmətlərinin, eləcə də sosial şəbəkə hesablarının məlumatları daxil olmaqla mövcud olan bütün informasiyalardan istifadə ediləcək.