Menu
Xəbər Lenti
Mahmud Quluzadə vəfat etdi
21-08-2025, 10:06

Mahmud Quluzadə vəfat etdi

Evində yıxılıb öldü
19-08-2025, 11:26

Evində yıxılıb öldü

Zelenski Vaşinqtondadır
18-08-2025, 09:39

Zelenski Vaşinqtondadır

23 Ağu 09:00Manşet / Gündəm / Elm-təhsil

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində qısamüddətli təlimləri bitirən müdavimlərə sertifikat təqdim olunub

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində qısamüddətli təlimləri bitirən müdavimlərə sertifikat təqdim olunub

Qəbələ, 22 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Avqustun 22-də Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində təşkil edilən qısamüddətli təlimləri uğurla başa vuran müdavimlərlə görüş keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir çərçivəsində arıçı, rəqəmsal media və marketinq mütəxəssisi ixtisasları üzrə təlimləri müvəffəqiyyətlə tamamlayan 23 nəfərə dövlət nümunəli sertifikat təqdim olunub. Bu sertifikatlar məzunlara müvafiq ixtisaslar üzrə əmək fəaliyyətinə başlamaq imkanı verir. Sertifikat alan müdavimlər əsasən Şuşa, Laçın, Kəlbəcər və Ağdam rayonlarının sakinləridir.

Qeyd edək ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində təşkil edilən qısamüddətli təlimlər üçün cari ildə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 40 nəfər keçmiş məcburi köçkün kurslara cəlb olunub. 2024-cü ildə isə Mərkəzdə 84 nəfər bu təlimlərdə iştirak edib. Ümumilikdə 124 nəfər keçmiş məcburi köçkün müxtəlif peşələr üzrə yeni bilik və bacarıqlara yiyələnib.

Qısamüddətli təlimlərin müddəti seçilmiş ixtisasdan asılı olaraq 1 aydan 3 ayadək davam edir. Təlimlərin əsas məqsədi proqram çərçivəsində işğaldan azad edilmiş ərazilərə qayıdan vətəndaşların əmək bazarında rəqabət qabiliyyətini artırmaq, onların peşə vərdişlərini inkişaf etdirmək və davamlı məşğulluğunu təmin etməkdir.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində qısamüddətli peşə təlimləri ölkənin 10 peşə təhsil müəssisəsində 42 ixtisas üzrə həyata keçirilir. Proqram üzrə 2024-cü ildə 215 nəfər, 2025-ci ildə isə artıq 653 nəfər müxtəlif sahələr üzrə təlimlərə cəlb olunub. Təlimlərdə iştirak etmək istəyən məcburi köçkünlər “portal.edu.az” platforması vasitəsilə qeydiyyatdan keçə bilirlər.

Ölkədə dual təhsil sisteminin ilk tətbiq olunduğu Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində keçirilən tədbir çərçivəsində “Açıq qapı” günü də təşkil olunub.



Azertac