Menu
Xəbər Lenti
Bu gün Yel çərşənbəsidir
10-03-2026, 05:20

Bu gün Yel çərşənbəsidir

Telefonla danışdılar
10-03-2026, 05:17

Telefonla danışdılar

“Narazıyam” - Tramp
10-03-2026, 05:08

“Narazıyam” - Tramp

Bu gün imtahan var
9-03-2026, 08:29

Bu gün imtahan var

29 Ağu 09:16Manşet / İdman

UEFA-dan final matçları ilə bağlı yeni qərar

uefa-dan-final-matclari-ile-bagli-yeni-qerar

UEFA Çempionlar Liqasının final oyunları ilə bağlı yeni qərar qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu mövsümdən etibarən final qarşılaşmaları əvvəlkindən 3 saat daha tez start götürəcək.

UEFA 2025/26 mövsümündən etibarən turnirin həlledici matçlarının Mərkəzi Avropa vaxtı ilə saat 18:00-da (Bakı vaxtı ilə 20:00-da) başlayacağını açıqlayıb.

“Ailələr və uşaqların oyuna daha rahat baxması, yeniyetmələrin matç öncəsi tədbirlərdə iştirak edə bilməsi və ictimai nəqliyyatdan istifadənin asanlaşdırılması üçün bu addımı atdıq”, - qurumun məlumatında deyilir.

Qeyd edək ki, 2026-cı ildə UEFA Çempionlar Liqasının finalı mayın 30-da Macarıstanın paytaxtı Budapeştdəki “Puskas Arena”da keçiriləcək.