Xəbər Lenti
Bugün, 11:43
“Cəmil Həsənli və onun kimi düşünənlərin səlahiyyəti olsaydı, repressiya tətbiq edərdilər”
Dün, 19:02
Dayanacaq sökülür, təhlükə böyüyür – sahibkarın qanunsuz addımı kimlərin himayəsindədir? FOTO/VİDEO
28-06-2026, 09:43
Keçmiş daxili işlər nazirinin müavini, polkovnik Natiq Məmmədağa oğlu Talıbov vəfat edib
26-06-2026, 10:49
Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
Leysan yağıb, duman olub - Faktiki hava

Azərbaycanda faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, ölkənin bir sıra ərazilərində arabir leysan xarakterli yağış yağıb.
Belə ki, düşən yağıntının miqdarı Zaqatalada 6, Astarada 5, Lənkəranda 4, Sarıbaşda (Qax) 3, Oğuzda 2, Daşkəsən, Kəlbəcər, Laçın, Göygöl, Naftalan, Şəmkir, Şəki, Şamaxı, Qobustan, Quba, Qusar, Tərtər, Bərdə, Yevlax və Kürdəmirdə 1 mm-dək qeydə alınıb.
Balakən, Qusar, Qrız və Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29, dağlıq rayonlarda 23, Aran rayonlarında 32, Naxçıvan MR-da 35 dərəcəyədək isti qeydə alınıb.



















































