Mərhəmət Lələyevdən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə ad günü təbriki
Şamil Cəfərovdan Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə ad günü təbriki
Jalə Ağakişiqızından Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə ad günü təbriki
Daxili işlər naziri Vilayət Eyvazovun iştirakı ilə növbəti sıra baxışı keçirildi: 2025-ci ildə minlərlə gənc polis və daxili qoşunlarda xidmətə seçilir
Məleykə Abbaszadə: "Suallar məktəb dərsliklərini əhatə etməsə, bizi məhkəməyə verərdilər"
Bakıda Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyasının iclası və İnvestisiya Forumu keçiriləcək
Sosial şəbəkələrdə tibbi məsləhət dalğası - Özlərini "sağlamlıq eksperti" kimi təqdim edən bloqerlər
Azərbaycan idmanı yeni zirvədə: Bakı şəhərinin 2026-cı il üçün Dünya İdman Paytaxtı seçilməsi və yeni inkişaf mərhələsi
“Xalq Bank” nizamnamə kapitalını artırdı

Ölkənin aparıcı banklarından olan ASC “Xalq Bank”ı nizamnamə kapitalını 31 002 762 manat artıraraq 446 599 506 manata çatdırıb.
Bu kapital artımı bankın nominal səhmlərinin dəyərinin 114.48 manatdan 123.02 manata artırılması hesabına baş tutub.
Nizamnamə kapitalının artırılması bankın dayanıqlı inkişafını təmin etmək və risk idarəetmə siyasətinin effektivliyini gücləndirməklə yanaşı, həmçinin, bankın 2024-2026-cı illər üzrə İnkişaf Strategiyasında nəzərdə tutulmuş hədəflərinə nail olunmasında dəstək olaraq əməliyyat və kreditləşdirmə imkanlarını genişləndirəcək.
Xatırladaq ki, əsası 2004-cü ildə qoyulmuş və regionun dinamik inkişaf edən və etibarlı maliyyə institutlarından olan “Xalq Bank” son rübün göstəricilərinə əsasən, hazırda 3.4 mlrd aktiv, 1.9 mlrd manat kredit portfeli və 2.4 mlrd manat depozit portfeli ilə ölkənin ən böyük özəl banklarından biridir. “Xalq Bank” müxtəlif alternativ satış kanalları ilə yanaşı, ölkə üzrə 30 filialdan ibarət xidmət şəbəkəsi və peşəkar heyəti ilə fərdi və korporativ müştərilərə müasir və rahat bankçılıq xidmətləri təklif edir.
Fəaliyyətində müştəri məmnuniyyətini hədəfləmiş bank müxtəlif rəqəmsal və innovativ biznes həllərini tətbiq edərək məhsul və xidmət çeşidlərini genişləndirməklə yanaşı, daim xidmət səviyyəsini yüksəltmək istiqamətində çalışır.
“Xalq Bank”ın məhsul və xidmətləri barədə məlumatları bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.






















































