Xəbər Lenti
10-01-2026, 13:04
Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl inkişaf strategiyasının yeni mərhələsi başlayır
10-01-2026, 08:46
Yaşıl enerjiyə keçid və güclənən enerji təhlükəsizliyi: Azərbaycanın regional və qlobal missiyası
18 Eyl 06:23Manşet / İqtisadiyyat
FES illik faiz dərəcəsini 4-4,25%-ə endirdi

Amerika Birləşmiş Ştatlarının mərkəzi bank funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi 16-17 sentyabr tarixlərində keçirdiyi iki günlük iclasdan sonra əsas faiz dərəcəsini 25 baza bəndi azaldaraq illik 4-4,25%-ə endirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə tənzimləyicinin press-relizində deyilir.
Bundan əvvəl ABŞ Federal Ehtiyat Sistemi illik 4,25-4,5% səviyyəsində beş ardıcıl iclasda uçot dərəcəsini dəyişməyərək saxlamışdı.
Federal Ehtiyat Sistemi maksimum məşğulluğu qoruyarkən inflyasiyanı 2%-ə qaytarmaq öhdəliyini bir daha təsdiqləyib.
Qeyd edək ki, FES-in növbəti iclası oktyabrın 28-29-na planlaşdırılıb.























































