Menu
Xəbər Lenti
Faktiki hava açıqlandı
19-04-2026, 10:44

Faktiki hava açıqlandı

Ceyhun Bayramov Taylanda getdi
19-04-2026, 10:29

Ceyhun Bayramov Taylanda getdi

Bu gün imtahan var
19-04-2026, 10:26

Bu gün imtahan var

Meloni Azərbaycana gələcək
19-04-2026, 10:22

Meloni Azərbaycana gələcək

SEPAH Hörmüzü bağladı
19-04-2026, 10:16

SEPAH Hörmüzü bağladı

22 Eyl 16:14Manşet / Gündəm / İdman

Turqay Qəribli Azərbaycanın Strongman Çempionatında qızıl medal qazandı

20 sentyabr tarixində Abşeron Olimpiya İdman Kompleksində keçirilən Strongman üzrə Azərbaycan Çempionatında Naxçıvan Muxtar Respublikası (MR) təmsilçisi, 110 kq çəki dərəcəsində dünya çempionu, peşəkar idmançı Turqay Qəribli xüsusi əzmkarlıq göstərərək qızıl medal qazandı. Bu zəfərlə Turqay Qəribli, 2025-ci ilin dekabr ayında Dubayda keçiriləcək Dünya Çempionatına vəsiqə qazanmışdır.

İdmançımız bu möhtəşəm qələbəsini öz həmkəndlisi, şəhid Əliyev Fikrət Rüstəm oğluna həsr edib. Turqay Qəribli, həmçinin çempionluğunu xalqımızın qəhrəman oğullarına olan sevgi və ehtiramla əlaqələndirmişdir.

Qəribli, həmçinin qeyd edib ki, bu uğur onun üçün yalnız idman nəticəsi deyil, həm də vətənə olan sevgi və borcun bir təcəssümüdür. Onun bu qələbəsi, həmçinin Naxçıvanın idman dünyasındakı mövqeyini bir daha nümayiş etdirib.