Menu
Xəbər Lenti
Zelenski Türkiyədədir
19-11-2025, 08:59

Zelenski Türkiyədədir

Regionda yaranan yeni reallıq
19-11-2025, 08:20

Regionda yaranan yeni reallıq

Yadigar Muradov vəfat etdi
18-11-2025, 09:28

Yadigar Muradov vəfat etdi

28 Eyl 09:27Manşet / Gündəm

“Yaxşı babadır, gördüyümdən hündürdür”

yaxsi-babadir-gorduyumden-hundurdur

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev sentyabrın 27-də – Anım Günündə Gəncə Memorial Kompleksinin açılışında iştirak edib.

“Qafqazinfo”nun məlumatına görə, dövlət başçısı sonra Komplekdə Ermənistanın raket hücumu zamanı hər iki valideynini itirən Nilay Əliyeva və onun babası Zahid Babazadə ilə görüşüb.

Balaca Nilay Prezidentlə görüşü barədə təəssüratlarını belə ifadə edib:

“Soruşdu ki, harada qalıram, neçənci sinifdə oxuyuram? Cavab verdim ki, ikinci sinifdə oxuyuram. O park tikilən yerdə əvvəl evimiz olmuşdu. Ora bomba atdılar, evimiz dağıldı.

Yaxşı babadır. Gördüyümdən bir az hündürdür. Mən onu çox sevdim. Mənimlə maraqlı söhbətlər etdi. Çox istəyirdim ki, onu görüm. Dualarım yerinə yetdi”.

Ətraflı “Baku TV”nin reportajında: