Mərhəmət Lələyev CənubunSəsi –kollektivi Bakı səfərinin geniş icmalı (13–14 noyabr 2025)
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fələstini Milli Günü münasibətilə təbrik edib.
“UĞUR 777 estetik mərkəz”də yol verilən qanunsuzluqlarla bağlı araşdırma aparılıb və cinayət işi başlanıb
Azərbaycan Respublikasının Konstitudiyasının qəbulu əbədiyaşar liderimiz,Ulu Öndərimiz Heydər Əliyevin tarixi xidmətidir-Könül Nəbizadə
“Turan Tovuz” “Kəpəz”ə, “Sabah” “Sumqayıt”a qarşı

Bu gün Azərbaycan Premyer Liqasında 6-cı tura yekun vurulacaq.
“Qafqazinfo” xəbər verir ki, son oyun günündə 2 görüş keçiriləcək.
İlk olaraq “Turan Tovuz” əzəli rəqiblərindən olan “Kəpəz”i qəbul edəcək. Hazırda “Turan Tovuz” 9 xalla 5-ci, keçirdiyi 5 oyunun hamısında uduzan “Kəpəz” isə sonuncudur. Qərb derbisi saat 16:30-da başlayacaq.
Günün və turun son matçı isə Masazırda olacaq. Burada “Sabah” “Sumqayıt”ı qəbul edəcək. “Sumqayıt” 10 xalla 4-cü, “Sabah” isə 7 xalla 7-cidir. Oyuna saat 19:00-da start veriləcək.
28 sentyabr
16:30. “Turan Tovuz” – “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
VAR: Kamal Umudlu.
AVAR: Kamran Əliyev.
“Azersun Arena”
19:00. “Sabah” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Pərvin Talıbov.
“Bank Respublika Arena”























































