Xəbər Lenti
9-07-2026, 18:27
Uğurun təməlində peşəkarlıq və etibar dayanır – "Best Energy Group" MMC-nin təsisçisi və direktoru Sahib Süleymanov
7-07-2026, 20:01
Taleh Məmmədov: Zamin Fərzinin yeni təyinatı səhiyyəyə göstərilən etimadın ifadəsidir
7-07-2026, 12:56
Elmə və təhsilə həsr olunan mənalı ömür – El ağsaqqalı Soltanağa Cəfərovun 76 illik yubileyi münasibətilə təbrik
Bu ölkədə mədən çökdü - Ölənlər var

Nigeriyanın şimalındakı Zamfara ştatında yerləşən mədəndə torpaq sürüşməsi nəticəsində azı 18 nəfər həyatını itirib, bir neçə nəfər isə itkin düşüb.
“Qafqazinfo”nun xarici KİV-ə istinadən xəbərinə görə, hadisə cümə axşamı Maro bölgəsinin Kaduri kəndi yaxınlığında güclü yağışlardan sonra nəhəng qayanın mədən üzərinə aşması nəticəsində baş verib.
Xilasetmə işlərinə qatılan mədənçilərdən biri — Sani Lavali bildirib ki, indiyədək 18 nəfərin meyiti çıxarılıb, 5 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Onun sözlərinə görə, hələ də 12 fəhlə mədəndə qalıb və onların taleyi məlum deyil. Axtarış-xilasetmə əməliyyatı davam edir.























































