Menu
Xəbər Lenti
NASA Ayda kənd yaradacaq
1-10-2025, 06:41

NASA Ayda kənd yaradacaq

Kütahyada daha bir zəlzələ
29-09-2025, 06:47

Kütahyada daha bir zəlzələ

29 Eyl 05:54Manşet / Dünya

Rusiya Ukraynanın hərbi sənaye obyektlərini vurdu

rusiya-ukraynanin-herbi-senaye-obyektlerini-vurdu

Rusiya Müdafiə Nazirliyi Ukraynanın hərbi sənaye obyektlərinə uzaqmənzilli, yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib.

“Qafqazinfo” xəbər verir ki, nazirlik Rusiya ordusunun Ukraynaya qarşı hücumunun təfərrüatı ilə bağlı bəyanat yayıb.

Açıqlamada Rusiya hərbçilərinin Ukraynadakı hərbi varlıqlarına hücumlarının davam etdiyi vurğulanıb:

“Rusiya Silahlı Qüvvələri uzaqmənzilli, yüksək dəqiqlikli silahlar və PUA-lardan istifadə etməklə, gecə saatlarında Ukraynanın hərbi sənaye obyektlərinə və hərbi hava limanının infrastrukturuna havadan və dənizdən intensiv hücumlar həyata keçirib”.

Qeyd edilib ki, hücum hədəfinə nail olunub və təyin olunmuş bütün hədəflər vurulub.

Nazirlik, həmçinin, bəyan edib ki, bir gecədə 41 Ukrayna PUA-sı Rusiyanın müxtəlif bölgələri üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.