Xəbər Lenti
Bugün, 14:16
QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
Bugün, 09:00
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
Bugün, 08:55
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
Bugün, 08:51
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
Bugün, 08:33
Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinin rəhbəri və iki əməkdaşı saxlanıldılar
Millət vəkili Məşhur Məmmədov: “Şəhid ailələrinin ziyarəti fəaliyyətimdə hər zaman prioritet olub”

Anım günləri çərçivəsində Masallıda şəhidlərin xatirəsinə həsr olunmuş tədbirlər davam edir. Milli Məclisin deputatı Məşhur Məmmədov bu dəfə Masallının Hişkədərə kəndində şəhid ailələri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Deputat kənd sakinləri və şəhid valideynləri ilə birlikdə Vətən uğrunda canından keçən qəhrəmanların məzarlarını ziyarət edib, ruhlarına ehtiramını bildirib. Şəhid anaları və ataları ilə səmimi söhbət edən Məşhur Məmmədov onların fikirlərini dinləyib, qayğıları ilə maraqlanıb. Görüş zamanı şəhid valideynləri dövlətin diqqət və qayğısı ilə əhatə olunduqlarını bildirərək, şəhid ailələrinə göstərilən dəstəyə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar.
Bu barədə sosial media hesabında məlumat verən deputat qeyd edib ki, dövlətin şəhid ailələrinə diqqət və qayğısı yetərincədir, onların ən çox ehtiyac duyduğu məsələ mənəvi dəstəkdir:
“Hər birimiz istər anım günlərində, istər şəhidlərimizin mövludlarında, istərsə də müxtəlif tədbirlərdə bacardığımız qədər şəhid ailələrinin yanında olmalı, dəstəyimizi əsirgəməməliyik. Mənim fəaliyyətim dövründə şəhid ailələrinin ziyarəti və onlara xüsusi diqqət hər zaman prioritet olub”, – deyə millət vəkili Məşhur Məmmədov bildirib.
Xatırladaq ki, millət vəkili Məşhur Məmmədov seçki dairəsinə daxil olan bütün şəhid ailələrini mərhələ ilə evlərində ziyarət edib. Hər bir ailənin qayğıları ilə fərdi qaydada maraqlanmaq Məşhur Məmmədovun fəaliyyət istiqamətlərindən biridir.
Deputat sonda şəhidlərin ruhuna rəhmət diləyib, ailələrinə səbr arzulayıb:
“Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbr versin! Kəndlərdə sakinlərlə, şəhid ailələri ilə görüşlərimiz davam edir.”