"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
Azərbaycanda dini icma üzvünə sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərə hökm oxunub
"Böyük Qayıdış" Gənclər Təşkilatı Gənclər Günü münasibətilə bir sıra tədbirlər keçirib
Sahibə Qafarova: "Parlamentin səlahiyyətləri ilə bağlı məsələlər yaz sessiyasında diqqət mərkəzində saxlanılacaq"
Ekvador prezidentinin avtomobilinə hücum - 5 nəfər saxlanıldı

Ekvador Prezidenti Daniel Noboanın avtomobili Kanar əyalətində tədbirə gedərkən etirazçılar tərəfindən hücuma məruz qalıb. Rəsmilərin məlumatına görə, təxminən 500 nəfərlik qrup avtomobili daşlayıb, maşında güllə izləri aşkarlanıb.
“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, ətraf mühit və energetika naziri İnes Manzano hadisəni “sui-qəsd cəhdi” adlandıraraq bildirib ki, prezident xəsarət almayıb, 5 nəfər saxlanılıb.
Onlar terrorizm və sui-qəsd ittihamı ilə məhkəməyə çıxarılacaq.
Qeyd edək ki, hadisə hökumətin dizel subsidiyalarını ləğv etməsinə qarşı keçirilən etirazlar fonunda baş verib. Belə ki, prezident Noboa subsidiyaların ləğvinin illik 1,1 milyard dollar qənaət yaradacağını, bu vəsaitin kənd təsərrüfatı və nəqliyyat sektorunda yenidən bölüşdürüləcəyini açıqlayıb.






















































