Menu
Xəbər Lenti
Vinisiusun evi yandı
Bugün, 05:45

Vinisiusun evi yandı

18 aylıq cəzalandırıldı
8-10-2025, 06:02

18 aylıq cəzalandırıldı

Meloni məhkəməyə verildi
8-10-2025, 05:59

Meloni məhkəməyə verildi

09 Ekm 06:08Manşet / Dünya

HƏMAS Qəzzada atəşkəs razılaşmasının əldə olunduğunu təsdiqlədi

hemas-qezzada-ateskes-razilasmasinin-elde-olundugunu-tesdiqledi

HƏMAS Qəzzada atəşkəs razılaşmasının əldə olunduğunu təsdiqləyib.

“Qafqazinfo” hərəkatın bəyanatına istinadən xəbər verir ki, Şarm əl-Şeyxdə aparılan danışıqlardan sonra Qəzza zolağında müharibənin dayandırılması ilə bağlı razılıq əldə olunub.

HƏMAS razılaşmanın əldə olunmasında vasitəçilik səylərinə görə Misir, Qətər və Türkiəyə, eləcə də, atəşkəs və İsrail qoşunlarının çıxarılması istiqamətində dəstəyinə görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.

Tərəflər arasında razılaşma İsrail ordusunun Qəzzadan çıxarılmasını, humanitar yardımın çatdırılmasını və girovların məhbuslarla dəyişdirilməsini nəzərdə tutur.

HƏMAS Fələstin xalqının mövqeyini alqışlayaraq qeyd edib:

“Qəzza, Qüds, İordan çayının qərb sahili və bütövlükdə Fələstin ərazilərində İsrailin planlarına qarşı ləyaqətli mövqe tutan xalqımızı salamlayırıq. Xalqımızın fədakarlığı hədər getməyəcək. Verilən vədlərə sadiq qalacaq, azadlıq, müstəqillik və öz müqəddəratını təyinetmə kimi milli hüquqlarımızdan heç vaxt imtina etməyəcəyik”.