Menu
Xəbər Lenti
Vinisiusun evi yandı
Bugün, 05:45

Vinisiusun evi yandı

18 aylıq cəzalandırıldı
8-10-2025, 06:02

18 aylıq cəzalandırıldı

Meloni məhkəməyə verildi
8-10-2025, 05:59

Meloni məhkəməyə verildi

10 Ekm 09:59Manşet / Gündəm / Mədəniyyət

Mərhəmət Lələyev: Doğma elin insanları  “Arzusunda olduğum kitab”

 

Əziz izləyicilərimiz!


Cənubunsəsi xəbər portalı olaraq, Cənub bölgəsinin tanınmış, sevilən və Vətənə xidmət edən insanlarını tanıtmaq məqsədilə böyük bir layihəyə start vermişik.


Uzun illərdir arzum idi ki, doğma Masallımızın, eləcə də bütün Cənub bölgəsinin fədakar övladlarını bir araya toplayıb “Doğma Elin İnsanları” adlı kitab şəklində oxuculara təqdim edim.


Bu arzu artıq gerçəkləşir!


Kitab iki cilddən ibarət olacaq:


Birinci və ikinci cild – Masallı rayonunun tanınmış insanlarına həsr ediləcək.


Növbəti mərhələlərdə isə Lənkəran, Lerik, Yardımlı, Biləsuvar, Astara və Cəlilabad rayonlarının görkəmli şəxsiyyətləri haqqında yazılar kitabın növbəti hissələrində yer alacaq.


Bu layihənin məqsədi – Cənub insanının zəhmətini, saf ürəyini, Vətənə və xalqına sevgisini gələcək nəsillərə çatdırmaqdır.


Unutmayaq: hər bir insanın hekayəsi bir dəyərdir!


Cənubunsəsi bu istiqamətdə hər gün yeni məqalələr hazırlayır və yayımlayır.


Siz də bu böyük işə qoşulun — tanıdığınız dəyərli insan haqqında məlumat göndərin, əlaqə saxlayın, təkliflərinizi bizə bildirin!


E-poçt: [email protected]


Əlaqə nömrəsi: 050 224 38 97


WhatsApp: 077 325 47 57 | 077 311 74 19


 

 

Kitabın müəllifi: Mərhəmət Lələyev


Dizayner: Elsever Əliyev


Redaktor: Faiq Mirzə


Baş məsləhətçi: Şamil Cəfərov