Menu
Xəbər Lenti
Prezidentlər təltif olundu
31-07-2026, 10:05

Prezidentlər təltif olundu

“Sabah”ın oyunu var
28-07-2026, 10:01

“Sabah”ın oyunu var

“Azeri Light” ucuzlaşdı
28-07-2026, 09:30

“Azeri Light” ucuzlaşdı

Çində iki zəlzələ oldu
28-07-2026, 09:26

Çində iki zəlzələ oldu

18 Ekm 10:55Manşet / Gündəm / Sosial

Bakıda iş adamı idman zalında insult keçirdi, öldü

bakida-is-adami-idman-zalinda-insult-kecirdi-oldu

Bakıda idman zalında faciəvi hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə dünən axşam saat 20 radələrində Nəsirəddin Tusi küçəsində yerləşən idman zalında qeydə alınıb.

Bakı şəhər sakini 1990-cı il təvəllüdlü Tural Yaşar oğlu Tapdıqzadə zalda insult keçirib. O, xəstəxanaya aparılarkən yolda vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, sentyabrın 29-u Əməkdar artist Cabir İmanov idman zalında qəfil vəfat etmişdi.

***

“Yenisabah”ın məlumatına görə, iş adamı olan T.Tapdıqzadə əslən Laçın rayonundandır. Mərhum 4 uşaq atası imiş.

Aslan Vəliyev