Xəbər Lenti
Bugün, 07:46
Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi qaydaları təsdiqlənib
16-01-2026, 12:39
Aprel döyüşlərinin əfsanəsi – “Murov Qartalı” Raquf Orucov və Milli Qəhrəmanlıq Zirvəsi
16-01-2026, 06:50
Bakıda Hindistanın repressiv siyasətinə həsr edilmiş beynəlxalq konfrans keçirilir
16-01-2026, 05:15
Böyük Britaniyada apendisit ağrısı ilə xəstəxanaya gedən qadın gözlənilməz hadisə ilə qarşılaşdı
16-01-2026, 05:09
Hindistanda inanılmaz hadisə: 103 yaşlı qadın doğum gününə təsadüf edən dəfn mərasimində "dirilib"
16-01-2026, 04:59
Ailədə bir insanın gərgin olmasının bütün üzvlər üçün fəsadları: Rusiyalı həkimdən XƏBƏRDARLIQ
“Qarabağ” qol vuranda sakit qarşıladım”

“Qarabağ” qol vuranda bunu sakit tərzdə qarşıladım”.
“Qafqazinfo” xəbər verir ki, bunu “Atletik”in baş məşqçisi Ernesto Valverde mətbuat konfransında deyib.
Mütəxəssis “Qarabağ”a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunun oyunundan sonra fikirlərini bölüşüb:
“Çünki qarşıda çox vaxt var idi. Hiss etdim ki, qarşılaşmaya həyəcanlı başladıq. Sanki birinci qoldan əvvəl ikincini vurmaq istəyirdik. Lakin sonradan ağıllı oynadıq və sürəti artırdıq. Bunun nəticəsində qollar vurmağa başladıq. İlk hissədə üstünlük bizim tərəfimizdə idi. Sürətli tempi saxlamaq bir o qədər asan olmadı. Biz daha çox topa sahib olmaq istəyirdik və rəqib buna mane olmağa çalışırdı”.






















































