“Cəmil Həsənli və onun kimi düşünənlərin səlahiyyəti olsaydı, repressiya tətbiq edərdilər”
Dayanacaq sökülür, təhlükə böyüyür – sahibkarın qanunsuz addımı kimlərin himayəsindədir? FOTO/VİDEO
Keçmiş daxili işlər nazirinin müavini, polkovnik Natiq Məmmədağa oğlu Talıbov vəfat edib
Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
Rusiyada altı hava limanında uçuşlar dayandırıldı
Rusiyada bir sıra hava limanlarında təyyarələrin hərəkətinə məhdudiyyətlər tətbiq olunub. Bu limanlara Moskvanın Vnukovo və Domodedovo hava limanları, eləcə də Volqoqrad, Kaluqa, Saratov və Yaroslavl daxildir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artem Korenyako yayıb.
Məlumata görə, Vnukovo hava limanında məhdudiyyətlər Bakı vaxtı ilə saat 4:05-də, Domodedovo hava limanında isə 3:22-də qüvvəyə minib. Regional hava limanlarında oxşar tədbirlər isə 2:58-də tətbiq olunub. Korenyako bildirib ki, məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə zəruridir.
Xatırladaq ki, bundan əvvəl Moskva meri Sergey Sobyanin şəhərə doğru uçan dörd pilotsuz təyyarənin məhv edildiyini açıqlamışdı.



















































