Xəbər Lenti
Bugün, 11:43
“Cəmil Həsənli və onun kimi düşünənlərin səlahiyyəti olsaydı, repressiya tətbiq edərdilər”
Dün, 19:02
Dayanacaq sökülür, təhlükə böyüyür – sahibkarın qanunsuz addımı kimlərin himayəsindədir? FOTO/VİDEO
28-06-2026, 09:43
Keçmiş daxili işlər nazirinin müavini, polkovnik Natiq Məmmədağa oğlu Talıbov vəfat edib
26-06-2026, 10:49
Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
"Art Weekend"nçərçivəsində "Nəfəs-söz və səsin vəhdəti" adlı növbəti layihənin təqdimatı keçirildi

YARAT Müasir İncəsənət Mərkəzində "Bakıya uçuş. Art Weekend. Gələcəyi İNDİ hiss et” (Fly to Baku. Art Weekend. Sense the Future NOW) təşəbbüsü çərçivəsində həyata keçirilən "Nəfəs – söz və səsin vəhdəti” adlı növbəti layihənin təqdimatı olub.
Qaynarinfo xəbər verir ki, tədbirdə "Art Weekend” layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər.
Festival üçün xüsusi olaraq SÖZ multidisiplinar mərkəzi tərəfindən hazırlanmış immersiv performans mistik musiqini, sufi poeziyasını və insan səsinin gücünü bir araya gətirib. Səhnədə Savalan və Çardaq qruplarının ifasında səslənən etnik melodiyalar və melodramatik deklamasiya mənəvi vəhdət, dərinlik və təfəkkür atmosferi yaradıb.
AZƏRTAC-ın müxbiri ilə söhbətində şair və SÖZ multidisiplinar mərkəzinin yaradıcısı Nigar Həsənzadə bildirib ki, layihənin ideyası "Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına dəvət alındıqdan dərhal sonra yaranıb.
Performansın fəlsəfəsindən danışan N.Həsənzadə qeyd edib ki, layihə mistik musiqi, poeziya və insan səsinin gücünü birləşdirir.
Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən "Art Weekend” festivalı ilk dəfə olaraq Bakıda reallaşır və noyabrın 2-dək davam edəcək.



















































