Xəbər Lenti
Bugün, 05:09
Prezident İlham Əliyev Davosda "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi" adlı tədbirdə iştirak edib
19-01-2026, 17:40
Vəhdət Partiyasından növbəti ictimai müzakirə: 20 Yanvar şəhid ailələri və gözüyaşlı anaları ilə geniş görüş
19-01-2026, 16:22
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 20 Yanvar – Milli yaddaşın sarsılmaz sütunu
19-01-2026, 07:46
Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi qaydaları təsdiqlənib
“Sumqayıt” “Araz-Naxçıvan”a qalib gəldi

Azərbaycan Premyer Liqasında 10-cu turun oyunları keçirilir.
“Qafqazinfo” xəbər verir ki, bu günün sonuncu oyununda “Sumqayıt” “Araz-Naxçıvan”ı qəbul edib.
Beş qolun qeydə alındığı matçda meydan sahibləri çətin qələbəyə seviniblər.
Xatırladaq ki, daha öncə “Qarabağ” “İmişli”yə (2:0), “Neftçi” “Kəpəz”ə (5:1), “Turan Tovuz” “Şamaxı”ya (2:1) qalib gəlib, “Karvan-Yevlax” “Zirə”yə (2:3) uduzub. “Sabah” – “Qəbələ” oyunu sabah keçiriləcək.
Azərbaycan Premyer Liqası
10-cu tur
2 noyabr
“Sumqayıt” – “Araz-Naxçıvan” 3:2
Qollar: Roi Kehat, 17; 78. Ronaldo Vaskes, 69 – Çarlz Boli, 41. Patrik Andrade, 51.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Zöhrab Abbasov, Elvin Bayramov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:30.





















































