Menu
Xəbər Lenti
15 istiqamətdə tıxac var
3-11-2025, 05:25

15 istiqamətdə tıxac var

06 Kas 05:48Manşet / Dünya

ABŞ-də təyyarə qəzasında ölənlərin sayı 9-a çatdı

abs-de-teyyare-qezasinda-olenlerin-sayi-9-a-catdi

ABŞ-nin Kentukki ştatının Luisvil şəhərində baş verən yük təyyarəsi qəzasında ölənlərin sayı 9-a çatıb.

“Qafqazinfo”nun xəbərinə görə, təyyarənin göyərtəsində 3 ekipaj üzvü olub.

Daha əvvəl qəza nəticəsində 11 nəfərin yaralandığı bildirilmişdi. Qəza zamanı təyyarədə böyük yanğın baş verib və səmaya qalın tüstü qalxıb.

Rəsmi orqanlar ətraf ərazidə yaşayan sakinləri təhlükəsizlik məqsədilə sığınacaqlara getməyə çağırıblar.

Təyyarə Luisvildəki Məhəmməd Əli Beynəlxalq Hava Limanından Havay ştatının Honolulu şəhərinə uçmaq üçün havaya qalxmışdı.