Menu
Xəbər Lenti
Parad saat 1-də başlayacaq
8-11-2025, 07:53

Parad saat 1-də başlayacaq

10 Kas 09:37Manşet / Sosial

Bu il ən çox tələb olunan peşələr bunlardır

bu-il-en-cox-teleb-olunan-peseler-bunlardir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən 2025-ci il üzrə iş elanlarının təhlili aparılıb. Təhlilin nəticələrinə əsasən ölkənin əmək bazarındakı əsas tendensiyalar və tələbat istiqamətləri müəyyən edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, ən çox vakansiya elan edilən sahələr topdan və pərakəndə ticarət, maliyyə və sığorta, emal sənayesi, yaşayışın təşkili və ictimai iaşə, tikinti sektorudur. Bu sahələr əmək bazarında tələbatın əsas istiqamətlərini formalaşdırır.

Əmək bazarında iş imkanlarının genişlənməsinə ən çox töhfə verən müəssisələr arasında banklar (8,2 faiz), tikinti-quraşdırma şirkətləri (6,9 faiz), hotellər (4,9 faiz) və tədris-təlim müəssisələri (4,7 faiz) yer alır.

İşəgötürənlərin ən çox ehtiyac duyduğu kadrlar satış təmsilçiləri (8 faiz), mühasiblər (6,6 faiz) və satınalma-təchizat üzrə mütəxəssislərdir (3,2 faiz).

Ən çox tələb olunan müstəqil peşələr isə sürücü, aşpaz və elektrik ustalarıdır.