Xəbər Lenti
Dün, 08:42
İlham Əliyevin sosial şəbəkə hesablarında Almaniya səfəri ilə bağlı görüntülər paylaşılıb
14-02-2026, 10:54
Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev bizim qüdrətli gələcəyimizin memarıdır-Könül Nəbizadə
14-02-2026, 10:25
"Haber Global": "Azərbaycan Prezidenti İlham Əliyevdən gərgin diplomatik fəaliyyət"
14 Kas 04:44Manşet / Şou-biznes
“Kəmər bağlı olmasaydı…” - Özgü Namal qəzadan danışdı

Uşaqları və sürücüsü ilə bərabər qəzaya düşən məşhur aktrisa Özgü Namal keçirdikləri qəzadan danışıb.
“Qafqazinfo”nun məlumatına görə, açıqlama verən aktrisa bildirib ki, təhlükəsizlik kəməri sayəsində daha böyük faciənin qarşısı alınıb.
“Kəmər bağlı olmasaydı, bu gün daha ağır nəticələr olardı. Qəza zamanı nəfəs ala bilmirdim, təxminən 10-15 dəqiqə nəfəsim kəsildi. Çırpıldığımız maşının yanğınsöndürən avtomobili olduğunu sonradan başa düşdüm. Yalnız böyük qırmızı bir avtomobil xatırlayıram. Sonradan anladım ki, bu, yanğınsöndürən maşını imiş”, – deyə Namal qeyd edib.
Hadisə zamanı Özgü Namal, iki uşağı və sürücüsünün yüngül xəsarət aldığı bildirilib.























































