“Cəmil Həsənli və onun kimi düşünənlərin səlahiyyəti olsaydı, repressiya tətbiq edərdilər”
Dayanacaq sökülür, təhlükə böyüyür – sahibkarın qanunsuz addımı kimlərin himayəsindədir? FOTO/VİDEO
Keçmiş daxili işlər nazirinin müavini, polkovnik Natiq Məmmədağa oğlu Talıbov vəfat edib
Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
ABŞ “Lukoyl”a bu tarixədək möhlət verdi

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) “Lukoyl”a qarşı sanksiyaların tətbiqindən sonra əməliyyatların tamamlanması üçün müəyyən edilmiş son müddəti uzadıb.
“Qafqazinfo” “Interfax”a istinadən xəbər verir ki, “Lukoyl”a öz törəmə şirkəti “Lukoil International GmbH”in və onunla əlaqəli aktivlərin satışı üzrə müqavilələrin razılaşdırılması və bağlanması ilə bağlı əməliyyatların həyata keçirilməsi üçün 13 dekabr 2025-ci ilə qədər möhlət verilib.
İdarənin məlumatına görə, belə bir əməliyyatın həyata keçirilməsi birbaşa OFAC-dan ayrıca icazə alınmasından asılıdır.
Bundan əlavə, OFAC Rusiya nəhənginin Bolqarıstandakı hüquqi şəxsləri ilə 29 aprel 2026-cı ilə qədər əməliyyatlar həyata keçirilməsinə icazə verib. Bura “Lukoil Neftohim Burgas JSC”, “Lukoil Bulgaria EOOD”, “Lukoil Aviation Bulgaria EOOD”, “Lukoil Bulgaria Bunker EOOD” kimi aktivlər daxildir.
Xatırladaq ki, oktyabrın 22-də ABŞ Maliyyə Nazirliyi “Rosneft” və “Lukoyl” şirkətlərini, eləcə də həmin şirkətlərin 34 törəmə strukturunu yeni sanksiya paketinə daxil edib. Şirkət Yaxın Şərq, Azərbaycan, Qazaxıstan, ABŞ, Belçika, Niderland, İtaliya və digər ölkələrdə layihələrə sahibdir. Sanksiyalar paketinə salındıqdan sonra “Lukoyl” xarici ölkələrdəki aktivlərini satmaq qərarına gəlib.
“Lukoyl” şirkəti isə ona qarşı tətbiq edilən sanksiyalar fonunda ABŞ Maliyyə Nazirliyinə müraciət edərək əməliyyatların tamamlanması üçün möhlət verilməsini istəmişdi.



















































