Xəbər Lenti
6-01-2026, 11:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci ili “KONSTİTUSİYA və SUVERENLİK İLİ” elan etdi
6-01-2026, 07:04
Maduro və həyat yoldaşı bu həbsxanada saxlanılır - “El Çapo”, “Diddi” ilə eyni ünvan...
4-01-2026, 10:19
Türkiyəli professor: "Azərbaycan malik olduğu geosiyasi mövqeyinə görə Çin üçün əhəmiyyətli bir ölkədir"
“Bu ölkə ilə bağlı qərar qəbul etmişəm” - Tramp

“Venesuelaya qarşı əməliyyatla bağlı qərar qəbul etmişəm”.
“Qafqazinfo” “The Hill” nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
“Bununla bağlı bir növ qərar qəbul etmişəm... Sizə bunu açıqlaya bilmərəm, lakin biz Venesuela ilə münasibətlərimizdə narkotik axınının dayandırılması baxımından böyük irəliləyişə nail olmuşuq”, - o deyib.
Trampın fikrincə, ABŞ-nin Latın Amerikasındakı fəaliyyəti narkokartellərə qarşı mübarizədə müsbət nəticələr verir.
Xatırladaq ki, daha əvvəl D.Trampın Venesuela lideri Nikolas Maduronu devirmək üçün müharibəyə başlamaq istədiyi barədə xəbərlər yayılmışdı.






















































