Menu
Xəbər Lenti
Toral millidən çıxarıldı
15-11-2025, 07:56

Toral millidən çıxarıldı

BBC Trampdan üzr istədi
14-11-2025, 05:04

BBC Trampdan üzr istədi

Ölüm səbəbi açıqlandı
13-11-2025, 05:33

Ölüm səbəbi açıqlandı

Suveren inkişaf modeli
12-11-2025, 08:22

Suveren inkişaf modeli

17 Kas 08:13Manşet / Gündəm / Siyasət

Heydər Əliyevin yenilməz iradəsi hesabına müstəqil Azərbaycan dövləti formalaşmışdır-Könül Nəbizadə

 

Bu gün “Milli dirçəliş günü”dür Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşmasına dünya birliyində layiqli yer tutmasına, Demokratik tərəqqi yolunu seçən, dünyəvi dəyərlərə əsaslanan, Şərq mentalitetini qorumaqla beynəlxalq təsisatlarla sıx işbirliyi quran, dünya birliyində öz yerini müəyyən etməsində Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan siyasi, iqtisadi, hüquq sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının banisi, Azərbaycanda milli özünüdərk prosesinin başladıcısı və idarəedicisi xalqının dövlətçilik tarixində çox böyük yeniliklərə və işlərə imza atmış Ulu Öndərimiz Heydər Əliyevin misilsiz xidmətləri hesabına nail olunmuşdur.


Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyev Ata vəsiyyətini yerinə yetirərək Torpaqlarımızı geri qaytardı, baba-nənələrimizin, qardaş-bacılarımızın, körpələrimizin ruhunu şad etdi və bir daha sübut etdi ki, bizim torpaqlarımı heç kəs zəbt edə bilməz. “Qarabağ Azərbaycandır və nida işarəsi”.


 

32 ildən sonra Müzəffər Ali Baş Komandanımız və Ordumuz toraqplarımızı işğaldan azad etdi,Azərbaycanımıza qaytardı. Azərbaycanın bütün dünyaya haqlı olduğunu sübut etdi, şərəfli, ləyaqətli döyüşlə öz torpaqlarını azad etdi.44 günlük müharibə Azərbaycanın necə güclü, peşəkar orduya malik olduğunu, ən müasir texnikalarla əsrin ədalətli müharibəsini apardığını göstərdi.


Erməni mifi, yalanları möhtərəm Prezidentimiz cənab İlham Heydər oğlu Əliyev tərəfindən alt-üst edildi. Ermənilərin əsl simalarını bütün dünya gördü. Onların humanitar müharibə qaydalarını pozaraq mülki əhalini, dinc şəhərlərimizi atəşə tutması, uşaqları, qadınları, qocaları qətl etməsi, dini məbədlərimizi, qəbirlərimizi dağıtması bir daha xislətlərini açdı və heç dəyişmədiklərini göstərdi.


32 il öncə müstəqillik üçün ayağa qalxan igidlərimiz eyni ruhla cənab Prezidentimiz İlham Əliyevin komandanlığı ilə işğal altındakı ərazilərimizi azad etdilər.


 

Nəbizadə Könül Faxrəddin qızı

102info.az saytının redaktoru

Polisə-dəstək.az saytının redaktoru

Ypx.info.az saytının redaktoru

Qərbi-Azərbaycan.az saytının redaktoru

“Qızıl qələm” mükafatı laureatı

“Azərbaycan Bayrağı” mükafatı laureatı

“Həsən bəy Zərdabi” mükafatı laureatı

AzərbaycanJurnalistlərBirliyinin üzvü (AJB)

Azərbaycan kütləvi İnformasiya vasitələri işçiləri həmkarlar ittifaqının üzvü

Vətənpərvərlik işində xidmətlərə görə medalla təltif edilmiş

Vətən naminə medalə ilə təltif edilmiş

“Xezertv.info” informasiya agentliyinin fəxri üzvü

“Ulusestv.az” internet tv-nin fəxri üzvü

Azərbaycan Gənclər və İdman Nazirliyi, Kikboksinq Federasiyası, Zülfüqar İdman Klubu, Qadınlardan ibarət komandanın baş məşqçisi

Heydər Əliyevin yenilməz iradəsi hesabına müstəqil Azərbaycan dövləti formalaşmışdır-Könül Nəbizadə