Menu
Xəbər Lenti
Sabunçu keçidi bağlandı
28-03-2026, 09:00

Sabunçu keçidi bağlandı

Neftimiz bahalaşdı
27-03-2026, 08:33

Neftimiz bahalaşdı

20 Kas 07:33Manşet / Gündəm / Sosial

İki şəhidin məzarı qarət olundu - “Tək təsəllimizi aparıblar”

iki-sehidin-mezari-qaret-olundu

Bakıda 2 Vətən müharibəsi şəhidinin məzarı qarət edilib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər xiyabanında baş verib.

Şəhid Mayor Səyavuş Kəlbalıyevin həyat yoldaşı Pərvanə Kəlbalıyeva deyir ki, hadisə ilə bağlı xəbəri səhər saatlarında alıb.

Onun oğurlanan yeganə əşyaları (döyüş dəbilqəsi və çəkmələri) 4 ildir şüşə qutunun içərisində, məzarın yanında qorunurmuş.

Digər şəhid Fəxri Məmmədovun atası Habil Fəxri isə deyir ki, hadisəni eşidəndəndən dərin sarsıntı içərisindədirlər:

“Balamın əlləri dəyən öz gitarasını, tək təsəllimizi aparıblar”.

Hadisə ilə bağlı DİN-dən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.

Əməli törədən şəxs və ya şəxslərin müəyyən olunaraq saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

Ətraflı “Xəzər Xəbər”in videomaterialında: