“Cəmil Həsənli və onun kimi düşünənlərin səlahiyyəti olsaydı, repressiya tətbiq edərdilər”
Dayanacaq sökülür, təhlükə böyüyür – sahibkarın qanunsuz addımı kimlərin himayəsindədir? FOTO/VİDEO
Keçmiş daxili işlər nazirinin müavini, polkovnik Natiq Məmmədağa oğlu Talıbov vəfat edib
Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
Bu ölkədən Azərbaycana birbaşa uçuşlara başlanılır

“Air Serbia” gələn yay Belqrad-Bakı birbaşa uçuşlarının açılması ilə bağlı danışıqların son mərhələsinə yaxınlaşıb”.
“Qafqazinfo”nun xəbərinə görə, bu barədə şirkətin icraçı direktoru Jiri Marek Serbiyanın “RTS” telekanalına açıqlama verib.
Marek bildirib ki, Tbilisi reysinin uğurlu nəticələrindən sonra Bakı növbəti istiqamət kimi nəzərdən keçirilir və qərar yaxın vaxtlarda veriləcək.
“Aviaşirkət üç ildən sonra ilk dəfə Yaxın Şərqə qayıdışı planlaşdırır və regionda yeni bir marşrut üzərində işləyir.
“Air Serbia” digər aviaşirkətlərlə əməkdaşlığını genişləndirməyi də hədəfləyir. Şirkət hazırda “SCAT Airlines” ilə Astana-Belqrad reysi üzrə tərəfdaşlıq edir, gələn ilin aprelində isə “Royal Jordanian” ilə birlikdə Amman reysinin açılması gözlənilir”, - o qeyd edib.
Marek əlavə edib ki, əgər İbiza reysi üçün slotlar təsdiq olunmasa, “Air Serbia” bunun əvəzinə Yunanıstanın bir adasına yeni müntəzəm uçuş başlayacaq.
“Air Serbia” 2025-ci ilin mayında Toronto reyslərini də istifadəyə verməyi planlaşdırır.
Şirkət rəhbərinin sözlərinə görə, Toronto istiqamətinə tələbat Çikaqo reysinin satışa çıxarıldığı dövrlə müqayisədə daha yüksəkdir.
Aviaşirkət bu il indiyədək 4,2 milyon sərnişin daşıyıb və növbəti rekord nəticəyə yaxınlaşdığını açıqlayıb.



















































