“Cəmil Həsənli və onun kimi düşünənlərin səlahiyyəti olsaydı, repressiya tətbiq edərdilər”
Dayanacaq sökülür, təhlükə böyüyür – sahibkarın qanunsuz addımı kimlərin himayəsindədir? FOTO/VİDEO
Keçmiş daxili işlər nazirinin müavini, polkovnik Natiq Məmmədağa oğlu Talıbov vəfat edib
Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
Trampa qarşı açılmış sonuncu cinayət işinə xitam verildi

ABŞ-nin Corciya ştatında məhkəmə Prezident Donald Tramp və onun komandası barəsində 2020-ci il seçkilərinin nəticələrinin həmin ştatda mübahisələndirilməsi ilə bağlı açılmış son cinayət işini də bağlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, məhkəmə prokurorluğun ittihamların ləğvi ilə bağlı vəsatətini təmin edib.
“Məhkəmə vəsatəti təmin edir. Bu iş tam şəkildə bağlanmış hesab edilir”, – deyə qərarda qeyd olunur.
Beləliklə, ABŞ ərazisində hazırda Prezident Donald Tramp barəsində heç bir cinayət işinə baxılmır.
Qeyd edək ki, demokrat Co Baydenin prezidentliyi dövründə Trampa qarşı ümumilikdə dörd cinayət işi açılmışdı.
Xatırladaq ki, bir neçə gün əvvəl Donald Tramp NBC kanalının aparıcısı Set Mayersin onun siyasətini tənqid etməsindən sonra jurnalistin işdən çıxarılmasını tələb etmişdi. Bundan öncə isə o “Fox News”a müsahibəsində “BBC-nin onun çıxışını təhrif etdiyini” bildirərək korporasiyanı məhkəməyə verməli olduğunu söyləmişdi.



















































