Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi qaydaları təsdiqlənib
Aprel döyüşlərinin əfsanəsi – “Murov Qartalı” Raquf Orucov və Milli Qəhrəmanlıq Zirvəsi
Bakıda Hindistanın repressiv siyasətinə həsr edilmiş beynəlxalq konfrans keçirilir
Böyük Britaniyada apendisit ağrısı ilə xəstəxanaya gedən qadın gözlənilməz hadisə ilə qarşılaşdı
Hindistanda inanılmaz hadisə: 103 yaşlı qadın doğum gününə təsadüf edən dəfn mərasimində "dirilib"
Ailədə bir insanın gərgin olmasının bütün üzvlər üçün fəsadları: Rusiyalı həkimdən XƏBƏRDARLIQ
“Real Madrid”dən qələbə, “Liverpul” öz meydanında uduzdu - Yenilənib

Bu axşam UEFA Çempionlar Liqasının Liqa mərhələsində beşinci turun son oyunları keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, beşinci turun son oyun günündə doqquz qarşılaşma baş tutacaq.
Belə ki, “Kopenhagen” klubu “Kayrat”la, “Pafos” klubu “Monako” ilə, “Arsenal” klubu “Bavariya” ilə, “Atletiko Madrid” klubu “İnter”lə, “Ayntraxt Frankfurt” klubu “Atalanta” ilə, “Liverpul” klubu PSV ilə, “Olimpiakos” klubu “Real Madrid”lə, PSJ klubu “Tottenhem”lə, “Sportinq” isə “Brügge” klubu ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
V tur
26 noyabr
Saat 21:45, “Kopenhagen” - “Kayrat”;
Saat 21:45, “Pafos” - "Monako".
27 noyabr
Saat 00:00, “Arsenal” - “Bavariya”;
Saat 00:00, “Atletiko Madrid” - “İnter”;
Saat 00:00, “Ayntraxt Frankfurt” - “Atalanta”;
Saat 00:00, “Liverpul” - PSV;
Saat 00:00, “Olimpiakos” - “Real Madrid”;
Saat 00:00, PSJ - “Tottenhem”;
Saat 00:00, “Sportinq” - “Brügge”.
***
UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turuna yekun vurulub.
Son oyun günündə doqquz qarşılaşma baş tutub.
“Real Madrid” səfərdə “Olimpiakos”un qonağı olub. Qol duelində kral klubu rəqibini minimal fərqlə üstələyib - 3:4. Maraqlıdır ki, qaliblərin bütün qollarını Mbappe vurub. Arda Güler və Vinisius hərəyə iki asistlə yadda qalıblar.
“Liverpul” ev matçında PSV ilə qarşılaşıb. Son zamanlar ciddi böhran içində olan mersisayd klubu bu dəfə də azarkeşləri məyus edib. “Qarabağ”ın gələcək rəqibi doğma “Enfilld”də Niderland təmsilçisinə böyük fərqlə uduzub - 1:4.
Günün digər matçlarında aşağıdakı nəticələr qeydə alınıb:
“Kopenhagen” - “Kayrat” 3:2;
“Pafos” - “Monako” 2:2;
“Arsenal” - “Bavariya” 3:1;
“Atletiko Madrid” - “İnter” 2:1;
“Ayntraxt Frankfurt” - “Atalanta” 0:3;
PSJ - “Tottenhem” 5:3;
“Sportinq” - “Brügge” 3:0.






















































