"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
Azərbaycanda dini icma üzvünə sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərə hökm oxunub
"Böyük Qayıdış" Gənclər Təşkilatı Gənclər Günü münasibətilə bir sıra tədbirlər keçirib
Sahibə Qafarova: "Parlamentin səlahiyyətləri ilə bağlı məsələlər yaz sessiyasında diqqət mərkəzində saxlanılacaq"
Vaşinqtondakı hadisəni terror aktı adlandırdı

ABŞ Prezidenti Donald Tramp Ağ Evin yaxınlığında yerləşən metro stansiyası qarşısında Milli Qvardiyanın iki əsgərinin güllələnməsini terror aktı kimi qiymətləndirib.
“Qafqazinfo”nun xəbərinə görə, Tramp hadisə ilə bağlı Şükranlıq bayramını keçirdiyi Floridadakı iqamətgahından videomüraciət yayımlayıb.
“Bu gecə əldə edilən ən dəqiq məlumata əsasən deyə bilərəm ki, Daxili Təhlükəsizlik Departamenti həbs olunan şübhəlinin Əfqanıstandan ölkəyə daxil olmuş əcnəbi olduğunu təsdiqləyib. O, 2021-ci ilin sentyabrında Bayden administrasiyası tərəfindən həyata keçirilən və hər kəsin müzakirə etdiyi həmin biabırçı uçuşlarla gətirilib”, – Tramp bildirib.
O, əvvəlki administrasiyanı dünyanın müxtəlif ölkələrindən 20 milyon tanınmamış və yoxlanılmamış şəxsin ölkəyə daxil olmasına imkan yaratmaqda ittiham edib.
“İndi Bayden hakimiyyəti dövründə Əfqanıstandan ABŞ-yə gəlmiş bütün əcnəbilər yenidən yoxlanmalıdır. Buraya aid olmayan şəxslərin ölkədən çıxarılmasını təmin etməli və ya ölkəyə xeyir verə biləcəkləri halda lazımi addımlar atmalıyıq. Əgər onlar bu ölkəni sevmirlərsə, bizim onlara ehtiyacımız yoxdur”, - Tramp əlavə edib.






















































