Menu
Xəbər Lenti
Çay deyil, meyvədir
Dün, 05:37

Çay deyil, meyvədir

Sarımsağın faydaları
25-11-2025, 05:19

Sarımsağın faydaları

27 Kas 09:32Manşet / Gündəm

“AID GROUP” xaricdə iş və təhsil mərkəzinin Gəncə şəhərində filialı istifadəyə verilib

 

Gəncə şəhərində “AID GROUP” xaricdə iş və təhsil mərkəzinin yeni filialının rəsmi açılışı keçirilib. Açılış mərasimində şirkətin rəhbər heyəti, yerli ictimaiyyət nümayəndələri, tələbələr və müxtəlif sahələri təmsil edən qonaqlar iştirak ediblər. Tədbir çərçivəsində filialın məqsədləri, fəaliyyət istiqamətləri və region gənclərinə təqdim ediləcək yeni imkanlar barədə ətraflı məlumat verilib.

“AID GROUP” uzun illərdir ki, xaricdə təhsil və iş proqramları üzrə məsləhət xidmətləri göstərir. Şirkətin Gəncə filialının açılması isə bölgədə bu sahəyə artan tələbatın qarşılamaq, gənclərin beynəlxalq təcrübəyə çıxış imkanlarını genişləndirmək və xidmətləri daha əlçatan etmək məqsədi daşıyır. Yeni ofisdə müraciət edənlər dünya üzrə müxtəlif ölkələrin universitetlərinə qəbul prosesi, dil kursları, tələbə mübadilə proqramları, iş imkanı təklif edən layihələr və uyğun istiqamətlərin seçilməsi üzrə peşəkar dəstək ala biləcəklər.

Şirkət nümayəndələrinin sözlərinə görə, “AID GROUP” yalnız təhsil və iş istiqamətləri üzrə deyil, həmçinin viza dəstəyi sahəsində də müştərilərinə tam peşəkar xidmət göstərir. Bu xidmətə sənədlərin düzgün hazırlanması, müraciət prosesinin izlənməsi, diqqət tələb edən detalların izahı və hər bir müştəri üçün fərdi yanaşma daxildir. Beləliklə, müraciət edən şəxslər viza prosesində qarşılaşa biləcəkləri çətinlikləri minimuma endirərək daha rahat şəkildə öz planlarını reallaşdıra bilirlər.

Açılış mərasimində çıxış edən şirkətin nümayəndələri Gəncə filialının fəaliyyətə başlamasının region üçün mühüm addım olduğunu qeyd edərək bildiriblər ki, “AID GROUP” gələcəkdə də ölkənin müxtəlif bölgələrində xidmət şəbəkəsini genişləndirməyi hədəfləyir.

Filial artıq rəsmi şəkildə fəaliyyət göstərməyə başlayıb və Gəncə şəhərində xaricdə təhsil və işlə bağlı dəstək axtaran hər kəsi qəbula hazırdır.

XalqXeber.Az