Xəbər Lenti
Bugün, 11:43
“Cəmil Həsənli və onun kimi düşünənlərin səlahiyyəti olsaydı, repressiya tətbiq edərdilər”
Dün, 19:02
Dayanacaq sökülür, təhlükə böyüyür – sahibkarın qanunsuz addımı kimlərin himayəsindədir? FOTO/VİDEO
28-06-2026, 09:43
Keçmiş daxili işlər nazirinin müavini, polkovnik Natiq Məmmədağa oğlu Talıbov vəfat edib
26-06-2026, 10:49
Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
Qazaxıstan Kiyevə etiraz etdi

Qazaxıstan Xarici İşlər Nazirliyi Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) infrastrukturuna hücumla bağlı Kiyevə etirazını bildirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov məlumat verib.
“Qazaxıstan Xarici İşlər Nazirliyi Novorossiysk dəniz limanının akvatoriyasında beynəlxalq Xəzər Boru Kəməri Konsorsiumunun kritik infrastrukturuna növbəti məqsədyönlü hücumla bağlı etiraz edir”, - deyə məlumatda bildirilir.
Qeyd edilir ki, bu, beynəlxalq hüquq normalarına uyğun olaraq işi aparılan mülki obyektə qarşı yönəlmiş üçüncü təcavüz aktıdır.
Departament əlavə edib ki, Qazaxıstan enerji təchizatının fasiləsiz olaraq davamlılığının tərəfdarıdır.



















































