Şəhid Vüsal Kazımovun əziz xatirəsinə həsr olunmuş “Qarabağ Azərbaycandır” adlı tədbir keçirilib
Berlində Mir Cəlalın alman dilinə tərcümə edilmiş hekayələrindən ibarət kitabın təqdimatı olub
Abşeronda "Süni intellekt, kiber təhlükəsizlik, müasir çağırışlar" mövzusunda tədbir keçirildi+FOTOLAR
“Fənərbaxça” son anda məğlubiyyətdən xilas oldu - Yenilənib

Bu gün Türkiyə Superliqasının 15-ci turunda İstanbul derbisi baş tutacaq.
“Qafqazinfo” xəbər verir ki, derbidə əzəli rəqiblər “Fənərbaxça” və “Qalatasaray” üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Qeyd edək ki, “Qalatasaray” hazırda 32 xalla liderdir. Rəqibindən bir xal az toplayan meydan sahibləri ikinci pillədə qərarlaşıb.
***
Komandaların start heyətləri açıqlanıb.
“Fənərbaxça”: Ederson, Nelson Semedo, Milan Şkrinyar, Ceyden Ostervolde, Arçi Braun, Edson Alvares, İsmail Yüksek, Kərəm Aktürkoğlu, Marko Asensio, Nene Dorqeles, Yussef En-Neseri
Ehtiyat: Tarık, Bekao, Yiğit Efe, Mert Müldür, Levent, Fred, Oğuz, Mert Hakan, Talişka, Duran
Baş məşqçi: Domeniko Tedesko
“Qalatasaray”: Uğurcan Çakır, Davinson Sançes, Mario Lemina, Abdülkerim Bardakçı, Kazımcan Karataş, Lukas Torreyra, Qabriel Sara, İlkay Gündoğan, Leroy Sane, Barış Alper Yılmaz, Viktor Osimhen
Ehtiyat: Günay, Batuhan, İkardi, Yunus, Berkan, Ahmed, Kaan, Yusuf, Gökdeniz, Arda
Baş məşqçi: Okan Buruk
***
Matç başladı.
***
28-ci dəqiqədə Leroy Sane komandasını önə çıxardı.
***
44-cü dəqiqədə Alvarez qapı torunu silkələsə də, qol qeydə alınmadı.
***
Fasilə.
***
İkinci hissə başladı.
***
90+5-ci dəqiqədə Con Duran komandasının bərabərlik qolunu vurdu.
Matç başa çatdı. “Sarı-lacivərdlilər” son anda doğma meydanda məğlubiyyətdən xilas oldular – 1:1






















































