Menu
Xəbər Lenti
Vasif İmanova ağır itki
30-11-2025, 09:38

Vasif İmanova ağır itki

Messi dünya rekordu qırdı
30-11-2025, 09:30

Messi dünya rekordu qırdı

Süddən imtina etsək...
28-11-2025, 05:26

Süddən imtina etsək...

02 Ara 10:40Manşet / Gündəm / Sosial

Mirqadir müəllim bu dünyadan köçdü. Mərhəmət Lələyev yazır

Mirqadir müəllim bu dünyadan köçdü. Mərhəmət Lələyev yazır

Bu, sadəcə bir insanın vəfatı deyil… Bu, Masallının bir yaddaşının, bir dayağının, bir işığının sönməsidir...
Masallı rayonu hər zaman öz mərd oğulları, ziyalıları, ağsaqqalları, haqq-ədalət carçıları ilə tanınıb. O insanların varlığı bu torpağa dəyər verib, bu yurda can verib. Mən qəlb ağrısı ilə, sanki ruhumdan bir parça qoparaq yazıram ki, o dəyərli insanlardan biri — Mirqadir Hüseynov artıq aramızda yoxdur…
Mirqadir müəllim təkcə sahibkar, iş adamı, tanınan bir sima deyildi. O, sözün həqiqi mənasında *insan* idi. O, ədalətin, mərhəmətin, sədaqətin timsalı idi. Onu tanıyan hər kəs bilir ki, Mirqadir müəllimin qapısı heç vaxt bağlı olmayıb, süfrəsi heç vaxt yalnız öz ailəsinə açılmayıb. O süfrədə hər zaman bir qərib, bir dost, bir ehtiyac sahibi üçün yer var idi.
Dostları deyir ki, Mirqadir müəllimə zəng edib: “Ağa, evə gəlirəm”desəydin, heç vaxt “hara, niyə, nə üçün gəlirsən?” deməzdi. Sadəcə bir kəlmə deyərdi: “Gəl, səni gözləyirəm.”*
Bu sözün içində nə qədər insanlıq, nə qədər mərdlik, nə qədər inam gizlənirdi...
Onun sözü adamın içini isidərdi. Onun baxışı insana güvən verərdi. Onun susqunluğu belə dərs idi. O, varlığı ilə insanlara arxa, dayağ, örnək idi.
Ən ağır tərəfi isə budur ki, cəmi iki həftə öncə qardaşı, dəyərli Mirqabil müəllimin doğum günündə yanaşı əyləşmişdik. Bir süfrə arxasında gülmüş, söhbət etmiş, xatirələrdən danışmışdıq. Mirqadir müəllim hər zamankı kimi mehriban, səmimi və nikbin idi. Mənə sarılıb dedi:
“Əmi, qurban, sənin yanındayam…”
O an bu sözlər bir vida kimi yox, bir ömürlük dostluğun, sədaqətin ifadəsi kimi gəlmişdi… Kim bilərdi ki, bu, son sözlərimiz imiş?..
İndi o süfrə yetim qalıb…
Onun oturduğu yer boşdur…
Səsi susub…
Gülüşü xatirəyə çevrilib…
Masallının bir küncü sanki onunla birlikdə susub…
Amma Mirqadir müəllimin qoyub getdiyi ən böyük miras mal-dövlət deyil — onun ən böyük servəti verdiyi tərbiyə, yetişdirdiyi övladlar və qazandığı hörmətdir. Xüsusilə oğlu Mir Elvin Hüseynov bu gün atasının adını, yolunu, insanlıq məktəbini davam etdirən ən böyük sübutdur. Ata adının yükünü daşımaq çətindir, amma Mirqadir müəllimin tərbiyə verdiyi övlad bunun öhdəsindən ləyaqətlə gələcək.
Bu itki təkcə Hüseynovlar ailəsinin yox, bütün Masallının, bütün onu tanıyanların, sevənlərin, hörmət edənlərin itkisidir. Bu, bir evin yox, bir elin yasdır. Bu, bir ailənin yox, bir rayonun, bir toplumun kədəridir.
Hüseynovlar ailəsinə, dəyərli oğlu Mir Elvin Hüseynova, qohum-əqrəbasına, dostlarına və onu sevən hər kəsə Cənubunsəsi kollektivi adından və şəxsən mən – Mərhəmət Lələyev tərəfindən** ən dərin hüznlə başsağlığı verirəm.
Allah Mirqadir müəllimə rəhmət eləsin, ruhunu şad, məkanını cənnət etsin.
Onun adı Masallının tarixinə, xatirələrimiz isə qəlbimizə həkk olunub.
Unudulmayacaqsan, Mirqadir müəllim…
Sən yaddaşımızda ağsaqqal, mərd insan, böyük qəlbli bir insan kimi daim yaşayacaqsan…

Cənubunsəsi
Mərhəmət Lələyev