Menu
Xəbər Lenti
Millimiz Bakıda uduzdu
1-12-2025, 04:52

Millimiz Bakıda uduzdu

Vasif İmanova ağır itki
30-11-2025, 09:38

Vasif İmanova ağır itki

Messi dünya rekordu qırdı
30-11-2025, 09:30

Messi dünya rekordu qırdı

03 Ara 05:50Manşet / Şou-biznes

Lüks moda nəhəngi rəqibini satın aldı

luks-moda-nehengi-reqibini-satin-aldi

Lüks moda sənayesi tarixi bir satışa şahid olub.

“Qafqazinfo” xəbər verir ki, “Prada” “Versace” brendini təxminən 1,4 milyard dollarlıq razılaşma ilə öz tərkibinə qatıb.

Belə ki, “Capri Holdings” “Versace”in “Prada”ya satışının 1,375 milyard dollar nağd ödəniş qarşılığında tamamlandığını açıqlayıb.

Şirkətin baş direktoru Con D. İdol əldə edilən gəlirin böyük hissəsinin borcların bağlanmasına yönəldiləcəyini, bunun da balans hesabatını əhəmiyyətli dərəcədə gücləndirəcəyini bildirib.

“Capri Holdings”in məlumatına görə, daha əvvəl elan edilən “Versace”in “Prada”ya təhvili ilə bağlı proses rəsmi şəkildə başa çatıb. 

Baş direktorun sözlərinə görə, bu addım şirkətin maliyyə strukturunu gücləndirəcək və gələcək investisiya planları üçün daha geniş imkan yaradacaq.

Moda sənayesində böyük rezonans yaradan bu satınalma “Prada”nın qlobal lüks moda bazarındakı mövqeyini daha da gücləndirəcəyi yönündə şərhlərə səbəb olub. “Versace” brendinin yeni dövrdə necə mövqeləndiriləcəyi isə hələlik məlum deyil.

İdol şirkətin digər brendləri - “Michael Kors” və “Jimmy Choo” üçün müəyyən edilən strateji planın davam etdiyini bildirib.