Menu
Xəbər Lenti
Şəmkir sakini bıçaqlandı
18-01-2026, 11:26

Şəmkir sakini bıçaqlandı

Neftimiz bahalaşdı
17-01-2026, 08:17

Neftimiz bahalaşdı

03 Ara 05:57Manşet / İdman

“Barselona” “Atletiko Madrid”i məğlub etdi

barselona-atletiko-madridi-meglub-etdi

İspaniya La Liqasında XV tura start verilib.

“Qafqazinfo” xəbər verir ki, “Barselona” doğma meydanda “Atletiko Madrid”lə qarşılaşıb.

Görüş Kataloniya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 19-cu dəqiqədə qonaqların heyətində Aleks Baena açıb. 26-cı dəqiqədə Rafinya hesabı bərabərləşdirib. Meydan sahiblərinin hücumçusu Robert Levandovski 36-cı dəqiqədə on bir metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməyib. Dani Olmo 65-ci dəqiqədə “Barsa”nı önə keçirib.

Qarşılaşmada son nöqtəni 90+6-cı dəqiqədə Ferran Torres qoyub.

“Barselona” 37 xalla turnir cədvəlinə başçılıq edir. Madrid klubu isə 31 xalla 4-cü yerdə qərarlaşıb.