Menu
Xəbər Lenti
Bu gün Yel çərşənbəsidir
10-03-2026, 05:20

Bu gün Yel çərşənbəsidir

Telefonla danışdılar
10-03-2026, 05:17

Telefonla danışdılar

“Narazıyam” - Tramp
10-03-2026, 05:08

“Narazıyam” - Tramp

Bu gün imtahan var
9-03-2026, 08:29

Bu gün imtahan var

05 Ara 05:46Manşet / Dünya

Tramp onları da barışdırdı

tramp-onlari-da-barisdirdi

Ruanda və Konqo Demokratik Respublikasının ( Konqo DR) prezidentləri Pol Kaqame və Feliks Çisekedinin ABŞ lideri Donald Trampın iştirakı ilə Vaşinqtonda sülh sazişi imzalayıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ Prezidenti afrikalı həmkarları ilə Oval kabinetdə qapalı görüş keçirdikdən sonra Ağ Evin yaxınlığındakı Sülh İnstitutunda üçtərəfli danışıqlar baş tutub və imzalanma mərasimi ilə yekunlaşıb.

“Biz onilliklərdir davam edən müharibəni yoluna qoyuruq”, – deyə Tramp sazişi şərh edərkən qeyd edib.

ABŞ lideri, həmçinin dövlətlər arasında yeni əməkdaşlıq və harmoniya dövrünün başladığını bəyan edib.

Xatırladaq ki, D. Tramp bundan öncə Ermənistan-Azərbaycan münaqişəsi başda olmaqla, Kamboca və Tailand, eləcə də İsrail-Fələstin və digər qlobal münaqişələrin sülh yolu həllində öz vasitəçiliyini göstərmişdi.