Menu
Xəbər Lenti
STP-də yeni təyinatlar
5-08-2025, 10:00

STP-də yeni təyinatlar

Bu rayonlarda 41° isti var
4-08-2025, 09:20

Bu rayonlarda 41° isti var

09 Ağu 08:41Manşet / Siyasət

Sülh sazişi paraflandı - Mətni bu tarixdə açıqlanacaq

sulh-sazisi-paraflandi

Avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini paraflayıblar.

“Qafqazinfo” xəbər verir ki, eyni zamanda, XİN rəhbərləri Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini (ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə) imzalayıblar.

Ermənistan XİN-in yaydığı məlumata əsasən, tərəflərin parafladığı sülh sazişinin mətni avqustun 11-i axşam dərc olunacaq.