Xəbər Lenti
Dün, 07:42
"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
Dün, 07:28
Azərbaycanda dini icma üzvünə sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərə hökm oxunub
2-02-2026, 17:36
"Böyük Qayıdış" Gənclər Təşkilatı Gənclər Günü münasibətilə bir sıra tədbirlər keçirib
2-02-2026, 08:45
Sahibə Qafarova: "Parlamentin səlahiyyətləri ilə bağlı məsələlər yaz sessiyasında diqqət mərkəzində saxlanılacaq"
Şahzadə Harrinin təhlükəsizliyi gücləndiriləcək

Böyük Britaniya hökuməti Sasseks hersoqu şahzadə Harrinin ölkədə olduğu vaxt təhlükəsizliyinin necə təmin olunacağını yenidən nəzərdən keçirir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Daily Telegraph” nəşri məlumat yayıb.
Qəzet yazır ki, buna səbəb onun Daxili İşlər Nazirliyinə müraciət edərək özünə qarşı mümkün təhlükələrin yenidən qiymətləndirilməsini xahiş etməsi olub.
Məlumata görə, kral ailəsinin və tanınmış şəxslərin təhlükəsizliyi məsələləri ilə məşğul olan İcraiyyə Komitəsi son 6 ildə ilk dəfə olaraq yenidən qiymətləndirmə aparılması barədə göstəriş verib.
Qeyd edək ki, Harri kral ailəsi üzvü statusundan imtina etdikdən sonra xüsusi mühafizədən məhrum edilmişdi.






















































