Xəbər Lenti
19-03-2026, 08:10
200-dən çox sakini bir araya gətirən İlaxır Çərşənbə: Azur Residence-də yeni idarəetmə özünü sübut etdi
18-03-2026, 09:13
Azərbaycanda daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 54 nəfər işdən çıxarıldı - ÖZƏL
Tramp xalqa müraciət edəcək

“ABŞ Prezidenti Donald Tramp xalqa müraciətində administrasiyasının əldə etdiyi tarixi nailiyyətlər barədə danışacaq”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt bildirib.
“Tramp bizi nələrin gözlədiyindən, ötən il ərzindəki bütün tarixi nailiyyətlərindən danışacaq, həmçinin yeni ildə ortaya çıxacaq bəzi təşəbbüslərin üstündən pərdəni qaldıracaq”, – deyə o bildirib.
Dekabrın 17-da Tramp Vaşinqton vaxtı ilə saat 21:00-da (Bakı vaxtı ilə 18 dekabr saat 05:00-da) xalqa müraciət edəcəyini bəyan etmişdi.























































