Xəbər Lenti
20-08-2026, 18:01
Astana görüşləri: Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov Qazaxıstan Ali Məhkəməsində — ədalət, şəffaflıq və insan hüquqlarına həsr olunmuş mühüm görüş
Türkiyə NATO-da neçənci sıradadır? - Hesabat açıqlandı

ABŞ-nin “Global Firepower” analitik şirkəti NATO-ya üzv ölkələrin hərbi potensialına dair 2025-ci il üçün hesabatını dərc edib.
“Qafqazinfo” xəbər verir ki, hesabat müxtəlif hərbi göstəricilər əsasında alyansa üzv dövlətlərin ordularını müqayisə edir.
Məlumata görə, siyahının ilk üçlüyündə ABŞ, Böyük Britaniya və Fransa yer alıb. Türkiyə dördüncü pillədə qərarlaşıb. Türkiyədən sonra isə İtaliya və Almaniya gəlir.
Qeyd edək ki, NATO (Şimali Atlantika Alyansı) 1949-cu ildə yaradılmış Avropa və Şimali Amerika ölkələrinin hərbi-siyasi ittifaqıdır. Alyansın əsas məqsədi kollektiv təhlükəsizliyin təmin olunmasıdır. 2025-ci ilədək NATO-ya 32 ölkə üzv olub.























































