Menu
Xəbər Lenti
Tehranda sevinc səsləri...
1-03-2026, 08:58

Tehranda sevinc səsləri...

20 Ara 13:41Manşet / Gündəm / Cəmiyyət

Azərbaycanlı iş adamının 8 milyonluq əmlakı müsadirə olundu

 

İş adamı Məzahir Hüseynova məxsus milyonluq mülklər müsadirə olunub.

Oxu.Az Teleqraf.az-a istinadla xəbər verir ki, söhbət İsmayıllı rayonu Ticran kəndində yerləşən beş müxtəlif ictimai-iaşə obyektindən gedir.

Bunların sırasına "Zəngəzur Harmony" hoteli də daxildir. Üçmərtəbəli sözügedən hotelin satış qiyməti 2 milyon 380 min manat dəyərləndirilib.

İş adamının istirahət kompleksinin daxilində yerləşən və müsadirə olunan əmlaklarından digərlərinin qiyməti isə 2.8 milyon və 1 milyon 220 min manatdır. Dövlət hərracında satılacaq digər iki obyektin qiyməti isə 800 min manat civarındadır.

Hərrac gələn il yanvarın 8-də keçiriləcək.