Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
“Azərbaycan Ordusu güclü dövlətçiliyimizin və milli təhlükəsizliyimizin möhkəm təməlidir”
Zərniyar Kərimova: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü milli qürur və qəhrəmanlıq bayramıdır”
Zaur Muradov: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qürur və şərəf bayramıdır”
Onu daha Ramazan proqramlarında görməyəcəyik?

Türkiyəli tanınmış din xadimi Nihat Hatipoğlu 2026-cı ildə Ramazan ayı boyunca yayımlanan proqramlarda aparıcılıq etməyəcək.
“Qafqazinfo” Türkiyənin “Media TV” portalına istinadən xəbər verir ki, bu barədə N. Hatipoğlu özü məlumat verib.
İllərdir Türkiyənin ATV telekanalında Ramazan ayı ərzində nümayiş olunan iftar və sahur proqramlarında aparıcılıq edən Hatipoğlunun bu qərarı sosial media platformalarında geniş müzakirələrə səbəb olub.
Sosial şəbəkə istifadəçiləri xəbərə “Onsuz iftarın dadı-duzu olmaz”, “Sahurda kimi izləyəcəyik?” kimi şərhlər yazıblar.
Sözügedən kanalda yayımlanan Ramazan verilişlərinin aparıcısının kim olacağı isə hələ açıqlanmayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Nihat Hatipoğlunun vəfat etməsi barədə xəbərlər yayılsa da, daha sonradan bu məlumat təkzib olunub.






















































