Menu
Xəbər Lenti
Sabah hava necə olacaq?
22-12-2025, 10:01

Sabah hava necə olacaq?

24 Ara 06:15Manşet / İdman

Onlar da ən yaxşılar seçildilər

onlar-da-en-yaxsilar-secildiler

Gənclər və İdman Nazirliyi 2025-ci ilin yekunlarına dair ən yaxşı idmançıların adlarını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, müxtəlif nominasiyalar üzrə fərqlənən idmançılar arasında yüksək nailiyyət göstərənlərin siyahısı müəyyənləşib.

İlin kişilərdən ibarət ən yaxşı paraolimpiyaçısı adına paracüdo üzrə Paralimpiya çempionu İlham Zəkiyev layiq görülüb. Həmin nominasiya üzrə ikinci yeri paraüzgüçü Roman Saley, üçüncü yeri isə paragüllə atıcılığı üzrə çıxış edən Kamran Zeynalov tutub.

İlin ən yaxşı kişi idmançısı nominasiyasında isə birinci yerə yunan-Roma güləşi üzrə tanınmış idmançı Həsrət Cəfərov layiq görülüb. Siyahıda sonrakı yerlərdə cüdoçu Zelim Kotsoyev və ağırlıqqaldıran İsa Rüstəmov qərarlaşıblar.