Mərhəmət Lələyevdən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə ad günü təbriki
Çingiz Mahmudovdan Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə dərin hörmət və ad günü təbriki
Şamil Cəfərovdan Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə ad günü təbriki
Fərid Faiqoğludan Prezident cənab İlham Əliyevə ad günü münasibətilə səmimi təbrik
Jalə Ağakişiqızından Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə ad günü təbriki
Daxili işlər naziri Vilayət Eyvazovun iştirakı ilə növbəti sıra baxışı keçirildi: 2025-ci ildə minlərlə gənc polis və daxili qoşunlarda xidmətə seçilir
Azərbaycanda bu əməliyyatlar üzrə hərraclar keçiriləcək

2026-cı ildə Mərkəzi Bank pul siyasətinin hədəflərinə nail olmaq üçün sərəncamında olan bütün alətlərdən çevik və adekvat istifadə edəcək. Pul siyasəti qərarlarının real iqtisadiyyata ötürücülüyünün artırılması məqsədilə köməkçi pul siyasəti lövbərinin (AZIR) təsirlərinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdiriləcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.
Bildirilib ki, 2026-cı ildə də qiymət sabitliyinin başlıca lövbəri olan manatın ABŞ dollarına nəzərən ikitərəfli məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən ediləcək:
“Mərkəzi Bankda Dövlət Neft Fondunun (ARDNF) valyuta satışları üzrə hərracların keçirilməsi davam etdiriləcək. Mərkəzi Bank və fiskal orqanlar (ARDNF və Maliyyə Nazirliyi) arasında effektiv koordinasiya valyuta bazarının tarazlı fəaliyyətinə dəstək verəcək.
2026-cı ildə də monetar şəraitin formalaşmasında faiz dəhlizi mühüm rol oynamaqda davam edəcək və pul bazarında qısamüddətli faizlər pul siyasətinin yardımçı əməliyyat hədəfi olaraq istifadə ediləcək. Banklararası pul bazarındakı faizlərin Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkət etməsi üçün Mərkəzi Bank arsenalındakı bütün alətlərdən adekvat və çevik şəkildə istifadə edəcək. Təminatsız bazarda əqdlər üzrə orta çəkili faiz göstəricisi olan AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək və onun Mərkəzi Bankın uçot dərəcəsinə yaxın səviyyədə hərəkətinə xüsusi diqqət yetiriləcək. Bu məqsədlə daimi imkan alətləri və açıq bazar əməliyyatları fəal şəkildə tətbiq ediləcək.
Daimi imkan alətləri növbəti ildə də banklararası pul bazarında faizlərin faiz dəhlizi daxilində formalaşmasını təmin edəcəkdir. Daimi imkan aləti olaraq gecəlik depozit və gecəlik əks-repo əməliyyatlarından istifadə ediləcək. Bu alətlər üzrə faiz dərəcələri müvafiq olaraq faiz dəhlizinin aşağı və yuxarı hədlərinə bərabər olacaq”.
Qeyd edilib ki, açıq bazar əməliyyatları olaraq sterilizasiya məqsədli müxtəlif müddətli not, habelə 7 günlük əməliyyatlar üzrə hərraclar keçiriləcək:
“Bu alətlər üzrə faiz dərəcələri Mərkəzi Bankın İdarə Heyətinin müəyyən etdiyi qaydada formalaşacaq. Əvvəlki illərdə olduğu kimi növbəti ildə də alətlərin tətbiq olunma qaydaları maliyyə bazarı iştirakçılarına öncədən açıqlanacaq. Açıq bazar əməliyyatlarının istiqaməti (sterilizasiya və ya emissiya) bank sisteminin likvidlik mövqeyindən asılı olaraq müəyyənləşdiriləcək. Açıq bazar əməliyyatlarının kəmiyyət parametrlərinə və müddətlərinə dair qərarlar bank sisteminin likvidlik mövqeyindən (izafi likvidlik və likvidlik çatışmamazlığı) asılı olaraq operativ şəkildə veriləcəkdir. Bu qərarlar əməliyyatlar keçirilməzdən öncə müvafiq bazar iştirakçılarına kommunikasiya ediləcək.
Növbəti ildə də bank sisteminin likvidlik mövqeyinin müntəzəm monitorinqi və proqnozlaşdırılması davam etdiriləcək. Likvidliyin monitorinqi və proqnozlaşdırılması sahəsində fiskal orqanlarla informasiya mübadiləsinin daha da gücləndirilməsi nəzərdə tutulur.
Pul siyasəti alətlərinin təkmilləşdirilməsi və pul bazarının inkişafı istiqamətində tədbirlər 2026-cı ildə də davam etdiriləcək. Bu zaman beynəlxalq maliyyə təşkilatları və bank ictimaiyyəti ilə məsləhətləşmələr davam etdiriləcək. Qeyd olunan istiqamətdə islahatlar ölkədə maliyyə alətlərinin diversifikasiyasını, bazar likvidliyinin artmasını və ölkə iqtisadiyyatının dayanıqlı maliyyələşməsini daha da gücləndirəcək”.





















































