Netanyahu İsrail və İran xalqlarına müraciət etdi: "Hərbi əməliyyatlar hakimiyyət dəyişikliyi üçün şərait yaratmalıdır"
KİV: Netanyahu yeraltı bunkerdə təhlükəsizlik qüvvələrinin rəhbərləri ilə görüş keçirir
İsrail-İran MÜNAQİŞƏSİ - Tehrandan başqa, daha altı şəhərdə PARTLAYIŞ SƏSLƏRİ EŞİDİLİR
Bu ölkədə 18 yaşına çatmayanlara enerji içkilərinin satışı qadağan edildi

Küveytdə yaşı 18-dən aşağı olan şəxslərə enerji içkilərinin satışı rəsmi şəkildə qadağan olunub.
“Qafqazinfo” xəbər verir ki, bu qərar Küveyt Səhiyyə Nazirliyinin ictimai sağlamlığın qorunması və enerji içkilərinin həddindən artıq istifadəsindən yaranan risklərin qarşısının alınması məqsədilə həyata keçirdiyi tədbirlər çərçivəsində qəbul edilib.
Qərar ölkə üzrə enerji içkilərinin satışı və paylanmasına dair qaydaları müəyyən edir.
Qaydalara əsasən, bir şəxs üçün gündəlik maksimum kofein qəbulu 250 mq olaraq müəyyən edilib. Bu isə hər biri ən çox 80 mq kofein ehtiva edən iki qutu enerji içkisi ilə məhdudlaşdırılıb.
Bundan əlavə, restoranlar, qəhvəxanalar, ticarət obyektləri, səyyar qida satış nöqtələri, özünəxidmət köşkləri və çatdırılma xidmətləri vasitəsilə enerji içkilərinin satışı və paylanması tamamilə qadağan edilib.
Enerji içkilərinin satışı yalnız müvafiq icazələrə malik kooperativ cəmiyyətlər və qeyri-ənənəvi marketlər tərəfindən, aidiyyəti qurumların ciddi nəzarəti altında həyata keçirilə bilər.





















































